• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika elmi konfransı

Dekabrın 16-da Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun (TPİ) birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan TPİ-nin direktoru Qulu Novruzov tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıda duran əsas məqsəd Dövlət Strategiyasına uyğun olaraq, pedaqoji elmlərin vəzifələrinin müəyyənləşdirilməsi, respublikada səriştə əsaslı nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsindəki mövcud problemlərdən, onların aradan qaldırılması üçün görülməli olan işlərdən söz açıb. Nazir müavini tədris prosesinin təşkili ilə bağlı müəllimlərə tövsiyələrini bildirib.

Konfransda Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ölkəmizdə aparılan təhsil islahatlarından danışıb, bu sahədə mövcud problemlərin həllinin vacibliyini vurğulayıblar.


8 il əvvəl