• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib.

İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib. İmtahanda təhsil naziri Misir Mərdanov iştirak edib.
Məlumat üçün bildirək ki, bu ali təhsil ocağında ötən semestrdən etibarən kompüter mərkəzi fəaliyyətə başlayıb. Yay sessiyasında 2 mindən artıq tələbə bir fəndən imtahanı bu üsulla verib.
Cari ildə ADPU-da Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq bütün ixtisaslar üzrə dövlət imtahanları İKT- nin tətbiqi ilə aparılır.
Misir Mərdanov universitetin rektoru Yusif Məmmədovla birgə otaqları gəzərək imtahanların gedişini izləyib. Nazir imtahan komissiyalarının üzvləri və tələbələrlə bu mühüm addımla bağlı söhbət aparıb. ADPU-da həyata keçirilən müvafiq işi yüksək dəyərləndirdiyini diqqətə çatdıran Misir Mərdanov tezliklə digər ali məktəblərin də bu üsulu tətbiq edəcəyinə ümidvar olduğunu bildirib. Nazir həmçinin biliyin əsas meyar olduğunu sübut etmək üçün tələbələrə hər cür şərait yaradılmasının vacibliyini qeyd edib.
Sonda nazir tələbələrə bilik sınağında uğurlar arzulayıb.


8 il əvvəl