• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə qalibləri mükafatlandırılıb

Dekabrın 14-də “Fövqəladə hallar uşaqların gözü ilə” V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat tərzinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və fövqəladə hallarda yarana bilən problemlərə ictimaiyyətin diqqətini yönəltməkdən ibarətdir.

Təhsil və Fövqəladə hallar nazirliklərinin birgə razılaşmasına əsasən keçirilən müsabiqə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunub.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunmuş mərasimdən öncə təhsil nazirinin müavini Ceyhun Bayramov, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və  BMT-nin  Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi uşaqların əsərlərindən ibarət sərgiyə baxıblar.

Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil və internat məktəbləri şagirdlərinin  iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və respublika mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 503  rəsm, 305 plakat, 197 əl işi, 191 yanğın və qəza-xilasetmə texnikasının modeli və 167 yumşaq oyuncaq təqdim olunub.

Bundan əlavə, I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinə Rusiya, Türkiyə, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Koreya, Macarıstan və Moldovadan ümumilikdə, 37 rəsm və 5 plakat təqdim olunub.

Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunmuş işlər qiymətləndirilib və qaliblər müəyyən olunub. Müsabiqədə ümumilikdə, 166 qalib müəyyən edilib.  Bunlardan 31-i birinci, 45-i ikinci, 55-i üçüncü yeri tutub, 35-i isə fəal iştiraka görə təltif edilib. Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

 


8 il əvvəl