• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 7-də Bakının 23 saylı məktəbində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminarın açılışı keçirilib. Açılışda “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak edib.

İyulun 7-də Bakının 23 saylı məktəbində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi üzrə layihənin tətbiqi”nə dair təlim-seminarın açılışı keçirilib. Açılışda “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak edib.
Layihənin əsas məqsədi müəyyənləşdirilmiş pilot məktəblərində ingilis dilinin intensiv tədrisinə başlanması, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnməsi, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanmasıdır.
Onu da qeyd edək ki, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, beynəlxalq əməkdaşlığın genişlənməsi təhsil sisteminin qarşısında da mühüm vəzifələr qoyur, xarici dillərin tədrisinin təkmilləşdirilməsini, dünyada uğurla tətbiq edilən metodikaların Azərbaycanda da həyata keçirilməsini aktuallaşdırır.
Məhz bu zərurət nəzərə alınaraq layihə 2008-2009-cu dərs ilindən Bakı şəhərinin 7, 23, 27 saylı məktəbləri, “İntellekt” liseyi, S.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, Ankara liseyi, Beynəlxalq Təhsil Kompleksinin I və V siniflərində həyata keçiriləcək.
Qeyd olunan sənədə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur. Eyni zamanda layihədə müvafiq siniflərdə dərs deyəcək müəllimlər üçün treninqlər keçirilməsi, bununla bağlı proqramların işlənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi də öz əksini tapıb.
Treninqlərə cəlb olunan müəllimlərin ilk qrupu iyulun 7-dən 11-dək, II qrup isə 14-dən 18-dək təlim keçəcək. Sonda həmin müəllimlərə sertifikatlar təqdim olunacaq.


8 il əvvəl