• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 9-da Təhsil Nazirliyində “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində yerinə yetirilən vəzifələrə dair iclas keçirilib.

İyulun 9-da Təhsil Nazirliyində “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində yerinə yetirilən vəzifələrə dair iclas keçirilib.
İclasda təhsil naziri Misir Mərdanov son illər peşə təhsilinin inkişafı istiqamətində atılan addımlardan danışıb, bu sahəyə olan dövlət qayğısını xüsusi qeyd edib. Nazir texniki-peşə təhsilini müvafiq sistemin mühüm pillələrindən biri kimi dəyərləndirərək, onun sosial-iqtisadi inkişafın təmin edilməsində aparıcı rol oynadığını bildirib.
Misir Mərdanov məlumat verib ki, hazırda ölkəmizdə 114 texniki-peşə təhsili müəssisəsi fəaliyyət göstərir, onlardan 47-si peşə liseyi, 60-ı peşə məktəbidir.
Sonra nazir ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın təsdiq edildiyini və bu proqramda texniki-peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmə və kadr hazırlığı işinin təkmilləşdirilməsinin prioritet istiqamət olduğunu diqqətə çatdırıb. Eyni zamanda Misir Mərdanov bu proqrama əsasən görülən işlər barədə məlumat vermək üçün sözü nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verib.
N.Məmmədov bildirib ki, qeyd olunan proqrama əsasən Təhsil Nazirliyi Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Britaniya Şurası, YUNESKO, Cənubi Koreyanın “DAEWOO” şirkəti və digər beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırılıb. Eyni zamanda şöbə müdiri texniki-peşə təhsili sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması, Bakıda və regionlarda sahibkarlıq kurslarının təşkili, əmək bazarının öyrənilməsi ilə əlaqədar birgə sorğuların keçirilməsi, peşə təhsili sahəsinə aid olan məlumat bazası və internet səhifəsinin açılmasının nəzərdə tutulduğunu vurğulayıb.
N.Məmmədov məlumat verib ki, 2008-ci ildə dövlət vəsaiti hesabına 8 texniki-peşə məktəbinin əsaslı təmiri və 1 məktəbin yenidən qurulması planlaşdırılır, habelə yaxın müddət ərzində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin açılışı gözlənilir. Şöbə müdiri Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birlikdə Bakıda inşası nəzərdə tutulan “Ali Texniki Peşə Təhsili Mərkəzi”nin yaradılması istiqamətində görülən işlərdən də danışıb.
Sonda N.Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb.


8 il əvvəl