• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Badminton üzrə Nərimanov rayon birinciliyi

Dekabrın 8-də“ABU Arena”da “Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib.

“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur.

Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov “Olimpiya hərəkatı” proqramı haqqında ətraflı məlumat verib. O, rayon birinciliyinə vəsiqə qazanmış məktəb komandalarını təbrik edib və onlara uğurlar arzulayıb.

Bundan sonra yarışa start verilib. 22 məktəbi təmsil edən 100 nəfərdən artıq qız və oğlan şəxsi, eləcə də qarışıq-qoşa formatda güclərini sınayıblar. Yarışlar komandalar arasında olimpiya sistemi üzrə keçirilib.

Yarışın ümumi nəticələrinə görə, I yeri 212, II yeri 258, III yeri isə 45 saylı ümumi təhsil məktəblərinin komandaları tutaraq, final mərhələsinə vəsiqə qazanıblar.

Qaliblərə təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub.


8 il əvvəl