• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 12-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı təqdimat keçirilib.

İyulun 12-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı təqdimat keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu proqramın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Nazir bildirib ki, ötən il ölkə Prezidenti cənab İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam imzalayıb. Həmin Proqram çərçivəsində 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil almasının nəzərdə tutulduğunu qeyd edən Misir Mərdanov bildirib ki, gənclərimiz, həmçinin Təhsil Nazirliyi ilə imzaladıqları müvafiq fərdi müqaviləyə əsasən xarici ölkədə təhsil aldıqdan sonra yüksək səviyyəli kadr kimi vətənə dönərək 5 il ərzində təyinat üzrə müvafiq sahədə işləmək öhdəliyini daşıyırlar.
Sonra nazir azərbaycanlı gənclərin ölkədən kənarda təhsil almasının tarixindən söz açaraq bu işdə ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətləri olduğunu, müvafiq ənənənin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, bu sahə üzrə verilən Sərəncamların əhəmiyyətini qeyd edib.
Nazir məlumat verib ki, hazırda qeyd olunan Proqram çərçivəsində 80-dən artıq azərbaycanlı gənc dünyanın 15 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində təhsil alır. Misir Mərdanov Dövlət Proqramının səmərəli həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyinin müxtəlif ölkələrin tərəfdaş qurumları, yaxud birbaşa ali məktəbləri ilə əməkdaşlıq üzrə atılan addımlar barədə də danışıb. Fransanın “Cnous”, Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatları və ABŞ Dövlət Departamentinin “Fulbrayt” Proqramı ilə əməkdaşlığın hüquqi bazası yaradıldığını vurğulayan nazir əlavə edib ki, “Cnous” təşkilatı ilə imzalanmış saziş çərçivəsində ötən il 13 azərbaycanlı gənc Fransanın müxtəlif universitetlərində təhsil almağa göndərilib. Nazir eyni zamanda DAAD təşkilatı ilə cari ilin iyununda Təhsil Nazirliyinin imzaladığı saziş çərçivəsində Almaniyadan gəlmiş ekspertlərlə birgə bu ölkədə təhsil almağa göndəriləcək 12 namizədin müəyyən olunduğundan, yaxın vaxtlarda həmin namizədlərin Almaniyaya göndəriləcəyindən söz açıb.
Tədbirdə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası üzrə görülmüş işlərə dair təqdimat edib. Q. Novruzov öz təqdimatında Dövlət Proqramının yaranma zərurəti, onun əsas məqsəd və vəzifələri, bu proqramın hazırkı təqaüdçüləri, ən çox üstünlük verilən istiqamətlər, ümumilikdə mövcud sahədə reallaşdırılan tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Sonda Dövlət Proqramı üzrə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. x


8 il əvvəl