• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 16-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel Adailehlə görüşüb.

İyulun 16-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel Adailehlə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini qeyd edib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu açıqlayıb, habelə cari ilin əvvəlində Bakıda səfərdə olan İordaniyalı qonaqlarla keçirilən səmərəli görüş barədə məlumat verib.
Görüşdə, həmçinin İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsi, iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılması, müəllim, tələbə və şagird mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması, ali və peşə təhsili sahəsi üzrə əlaqələrin genişləndirilməsi, Bakının bir orta məktəbində ərəb dilinin tədrisi və digər məsələlər müzakirə edilib.
Misir Mərdanov Azərbaycan-İordaniya təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz arasında müvafiq sazişin imzalanması təklifini irəli sürüb. Eyni zamanda nazir səfirə gələcək işlərində uğurlar arzu edib.
Cənab Adel Adaileh səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək İordaniya-Azərbaycan əlaqələrinin yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Aparılan islahatlar nəticəsində İordaniyada Yaxın Şərqdə nümunəvi təhsil sistemi yaradıldığını diqqətə çatdıran səfir, həmçinin nazirin qeyd etdiyi məsələlərə dəstək göstərməyə hazır olduğunu bildirib.
Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı səfərlərin təşkili məsələlərindən də bəhs olunub.


8 il əvvəl