• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 18-də Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə reallaşdırdığı “İngilis dilinin intensiv tədrisi layihəsi” çərçivəsində təlim-seminar keçən müəllimlərin ikinci qrupuna sertifikatlar təqdim olunub.

İyulun 18-də Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə reallaşdırdığı “İngilis dilinin intensiv tədrisi layihəsi” çərçivəsində təlim-seminar keçən müəllimlərin ikinci qrupuna sertifikatlar təqdim olunub.
 Məlumat üçün qeyd edək ki, bu layihə çərçivəsində təlim keçən ingilis dili müəllimlərinin ilk qrupuna sertifikatlar iyulun 11-də verilib.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq həyata keçirilən layihə barədə qısa məlumat verib, müəllimlərin ixtisas biliklərini və elmi-metodik hazırlıqlarını artırmaqda təlim-seminarın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda layihənin təşkilatçılarına, xüsusilə bu işdə böyük əməyi olan “British Council”un proqram üzrə rəhbəri Gülşən Hüseynovaya təşəkkürünü bildirib.
Bu işin ölkəmizdə davamlı olaraq aparılmasının vacibliyini vurğulayan nazir yeni dərs ilindən başlayaraq digər məktəblərdə dərs deyən ingilis dili müəllimləri üçün də müvafiq seminarlar təşkil etməyin məqsədəuyğunluğunu bildirib. Misir Mərdanov ölkədə aparılan təhsil islahatlarında, xüsusilə, tədris prosesinə yeni texnologiyaların tətbiqində ingilis dili müəllimlərinin fəallığını xüsusi qeyd edib və məhz bunun nəticəsi olaraq “Ən yaxşı müəllim” müsabiqəsində yer tutanlar arasında ingilis dili müəllimlərinin çoxluq təşkil etdiyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən bir sıra məktəb direktorları və seminarı aparan müəllimlər keçirilən təlimləri yüksək dəyərləndirib, bu işin ardıcıl davam etdirilməsinin vacibliyindən söz açıblar.
Sonda təlim-seminarın ikinci qrupunun iştirakçılarına sertifikatlar təqdim olunub.


8 il əvvəl