• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri yeni tədris auditoriyaları ilə tanış olub

Noyabrın 18-də təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının yeni tədris auditoriyalarının təqdimatında iştirak edib.

Təqdimata ali təhsil müəssisələrinin rektorları, müəllim-professor heyəti və tələbələr qatılıb.

 Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir.

Mikayıl Cabbarov SABAH qrupları üçün yaradılan auditoriyada keçirilən “Açıq dərs”i izləyib, tələbələrlə söhbət edib. Onların suallarını cavablandıran nazir yeni tədris mühiti və gələcək karyera imkanları ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, 11 ali məktəbdə 45 ixtisas üzrə yaradılmış SABAH qruplarında 1629 tələbə təhsil alır. Xüsusi müsabiqə əsasında seçilmiş 500 müəllim həmin qruplarda tədris aparır.

 


8 il əvvəl