• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sumqayıtda zona müşavirəsi keçirilib

Noyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda “Yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda zona seminar-müşavirəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Sumqayıt şəhər, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayon təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Seminar-müşavirə kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili, təhsil sahəsində çalışan rəhbər və digər işçilərin maarifləndirilməsi məqsədlərinə xidmət edir.

Tədbirdə Prezident Administrasiyasının və Təhsil Nazirliyinin nümayəndələri yerli idarəetmə qurumlarının kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıblar.

Seminarda Təhsil Nazirliyində, eləcə də təhsil qurumlarında vətəndaşların qəbulunun təkmilləşdirilməsi, məlumatların ümumiləş­dirilməsi, qəbula yazılma prosesin avtomatlaşdırılması, müşahidə edilməsi baxımından görülmüş işlər barədə məlumat verilib. Bununla yanaşı, yeni yaradılan Qəbul Portalının iş prinsipi izah edilib.

Sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılmasına və  vətəndaşların müraciətlərinə baxılmasına dair zona müşavirələrinin (treninqlərin) keçirilməsi barədə” əmrinə uyğun olaraq, müvafiq seminar-müşavirələrin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.


8 il əvvəl