• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 4-də Təhsil Nazirliyində Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Cənubi Koreyanın ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərməsi, İKT-nin təhsilə tətbiqi və bu istiqamətdə gələcək əməkdaşlığın müzakirə edilməsi olub.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və bildirib ki, görüşdə “Korea Digital Technology”, “Samsung Advanced Institute of Technology”, “CF Construction Company” və “Business Consultant & Invectors Company” şirkətlərinin nümayəndələri iştirak edir.
 Nazir Cənubi Koreya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bu ölkə ilə təhsil sahəsində də əməkdaşlığın mövcudluğunu qeyd edib, habelə “DAEWOO” şirkətinin Azərbaycanda Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra Misir Mərdanov qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən görüləcək işlərdən danışıb. Nazir bildirib ki, proqrama əsasən bu il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundakı bütün məktəblərin internet şəbəkəsinə qoşulması, DATA-Mərkəzin yaradılması nəzərdə tutulub. Nazir həmçinin “Elektron məktəb” layihəsi istiqamətində ötən tədris ilində iş aparıldığından, orta məktəblərin kompüterləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Misir Mərdanov mövcud problemləri də qeyd edərək vahid intranet şəbəkənin qurulması, internetə sürətli çıxışın təmin edilməsi və müəllimlərin bu sahə ilə bağlı bacarıqlarının artırılmasının vacib məsələ olduğunu vurğulayıb.
“Korea Digital Technology” şirkətinin, eləcə də nümayəndə heyətinin rəhbəri cənab Bin Eok Li səmimi qəbul üçün nazirə təşəkkür etdikdən sonra öz ölkəsində İKT-nin tətbiqi üzrə görülən işlər, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Qonaq Azərbaycanda bu sahənin inkişafına yardım göstərməyə hazır olduqlarını qeyd edib. Eyni zamanda İKT-nin təhsildə tətbiqi istiqamətində təkliflərini vermək üçün ölkəmizdə bu sahənin vəziyyəti ilə maraqlanıb.
Nazir də öz növbəsində qonaqlara son illər İKT-nin orta məktəblərdə tətbiqi məsələsinin prioritet istiqamət olduğunu açıqlayıb, reallaşdırılan mühüm layihələr haqqında ətraflı danışıb. Eyni zamanda Koreya təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, görüşdə iştirak edən şirkətlərlə müvafiq sənəd imzalanması təklifini irəli sürüb.
Tərəflər Cənubi Koreyadan gətiriləcək avadanlıqlarla ölkəmizin bir neçə peşə təhsili müəssisəsində yeni kompüterlərin yığılması, bununla əlaqədar Koreyalı mütəxəssislərin Bakıya gəlişi barədə müzakirələr aparıblar.
Sonda Misir Mərdanov nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə müzakirə olunan məsələ ilə üzrə layihə sənədinin hazırlanması ilə bağlı tapşırıq verib.
Görüşdə Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin biznes, ticarət və enerji üzrə attaşesi Taek Yeon Cho, eləcə də İKT sahəsi üzrə ölkəmizdə fəaliyyət göstərən qurumların rəhbərləri iştirak edib.


8 il əvvəl