• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İNDONEZİYA DİLİNİ VƏ MƏDƏNİYYƏTİNİ ÖYRƏNİRLƏR

Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, avqustun 4-də bu ölkənin Xarici İşlər Nazirliyinin “2008-ci il İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü” proqramının açılışı olmuşdur .
2003-cü ildən başlayaraq hər il İndoneziya dili, tarixi və mədəniyyətinin öyrənilməsi və ölkənin təbliği məqsədi ilə təşkil olunan proqramda ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin üç tələbəsi - Elmar İsgəndərov, Günel Bayramova və Ülkər Qafarlı iştirak edirlər. Ümumilikdə isə Proqramda 30 ölkədən 51 gənc iştirak edir.
Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzində, Bandunq (Qərbi Yava), Denpasar (Bali), Solo (Mərkəzi Yava) və Coqcakartada bu ölkənin tarixi, incəsənəti və mədəniyyəti ilə tanış olacaq, İndoneziya dilini və yerli dilləri öyrənəcəklər.
Tədbirdə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev iştirak etmişdir.


8 il əvvəl