• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbli rəssamlarımızın əsərləri Çexiyada sərgilənib

Çexiyanın Lidiçe şəhərində 43-cü Beynəlxalq Təsviri Sənət Uşaq Bədii Yaradıcılıq Sərgisi keçirilib. Sərgi “Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli”nə həsr olunub.

Ətraf aləmdə təbii və süni işıq, optik hadisələr, ixtiralar, işığın enerji mənbəyi kimi istifadəsi, təsviri sənətdə, folklorda və ümumilikdə insan həyatındakı rolu mövzularının əks olunduğu sərgidə 71 ölkə məktəbliləri iştirak edib. Rəsm əsərləri Çex Respublikasından 16, digər dövlətlərdən isə 8 nəfər peşəkar müəllim və rəssamdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tofiq İsmayılov adına Bakı Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri Sənət Qalereyasının 5–16 yaş arasında olan 51 nəfərdən ibarət dərnək üzvü də bu beynəlxalq sərgiyə öz rəsmlərini göndəriblər. Onlardan 3 nəfərin işi sərgiyə təqdim edilmiş 21380 əsər arasından müsabiqənin qalibi elan olunub. Həmin rəsm əsərləri Çexiyanın Lidiçe Qalereyasında oktyabrın sonunadək nümayiş etdiriləcək.

Sərginin azərbaycanlı qalibləri Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə dəvət olunub, səfir Vitezslav Pivonka tərəfindən Fəxri Diplom və hədiyyələrlə təltif ediliblər. 

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının elan etdiyi 2015-“Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli” çərçivəsində tədbirlər YUNESKO tərəfindən təşkil olunur.


8 il əvvəl