• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan edir.

1946-cı ildə təsis edilmiş Fulbrayt Tələbə Proqramı ABŞ Dövlət Departamentinin xarici əlaqələrində mühüm rol oynayıb. Bu proqram idarəetmə xüsusiyyətləri, açıq düşüncə nümayiş etdirəcək gələcəyin liderlərini hazırlamaq prinsiplərini rəhbər tutur.
2008-ci ilin 19 iyun tarixində Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi və Azərbaycan tərəfinin bu proqramı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” vasitəsilə azərbaycanlı tələbələrin ABŞ universitetlərində təhsil almasının dəstəklənməsi qeyd olunub.
Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqə də məhz həmin Saziş əsasında aparılır. Müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslər iştirak edə bilərlər.
Sənədlər sentyabrın 12-dək Təhsil Nazirliyi və ABŞ Səfirliyində qəbul olunacaq. Müsabiqə barədə elan “Azərbaycan müəllimi” qəzetində, Təhsil Nazirliyinin (www.edu.gov.az) və ABŞ səfirliyinin (www.azerbaijan.usembassy.gov) saytlarında verilib.
Ərizə formasını isə göstərilən saytlardan əldə etmək olar.


8 il əvvəl