• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblərdə “Ümumdünya kosmos həftəsi” qeyd olunub

“Ümumdünya kosmos həftəsi” çərçivəsində məktəblilər arasında maarifləndirmə aksiyaları keçirilib.

“Ümumdünya kosmos həftəsi” çərçivəsində astrofizika üzrə mütəxəssislər Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində təhsil alan 300-ə qədər şagirdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvlərinə kosmosa, astronomiyaya aid maraqlı mühazirələr oxuyublar. Bundan əlavə, maarifləndirmə tədbirlərində ali məktəb tələbələri də iştirak ediblər. Mövzuya aid filmlər nümayiş etdirilib, interaktiv müzakirələr aparılıb. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda məktəblilərin iştirakı ilə astronomik gecə təşkil olunub və teleskoplar vasitəsilə ulduzlu səma müşahidə edilib. Ödənişsiz keçirilən tədbirin iştirakçılarına “National Geographic” jurnalları və digər hədiyyələr  təqdim olunub.

“Ümumdünya kosmos həftəsi” çərçivəsində Park Bulvarda təşkil olunmuş astronomik guşə də paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.

BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən bu tədbirlər Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Elmin İnkişafı Mərkəzi, Tusi-Bohm Planetariumu və “EkoSfera” təşkilatının birgə əməkdaşlığı ilə reallaşdırılıb.


8 il əvvəl