• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanın gənc meşəçiləri Moskva və Suzdal şəhərlərində Gənclərin XII Beynəlxalq Meşə Müsabiqəsində iştirak ediblər.

Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə müsabiqədə iştirak edən gənc meşəçilərin “Meşələri yanğından qoruyaq” adlı ekoloji layihəsi finala vəsiqə alıb.

Moskva şəhərində toplaşan finalçılar mübarizəni Suzdal şəhərində davam etdiriblər. Burada dünyanın 24 ölkəsindən 43 məktəbli və tələbə meşəçilik sahəsində biliklərini sınayıb.

Meşənin yanğın təhlükəsizliyinə dair təkliflərlə çıxış edən gənc meşəçilər dünya gənclərinə müraciət edərək bu sahədə birgə səy göstərməyin vacibliyini vurğulayıblar.

Azərbaycanlı məktəblilər müsabiqə zamanı keçirilən viktorina və yarışlarda, dostluq xiyabanının salınmasında fəal iştirak edərək tərifnamə və mükafatlara layiq görülüblər. Beynəlxalq müsabiqənin yekun tədbirində İsmayıllı rayonunun gənc meşəçiləri Anna Orlova və Timofey Prokofyev Rusiya Federasiyası Parlamentinin Təbii Ehtiyatlar və Ekologiya Komitəsinin Fəxri Fərmanı, MDB  Parlamentinin xüsusi mükafatları, Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi xatirə medalları və diplomlarla mükafatlandırılıblar.


8 il əvvəl