• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Oktyabrın 8-də Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidzenin dəvəti ilə bu ölkəyə səfər edən təhsil naziri Mikayıl Cabbarov öncə Tbilisidə yerləşən Heydər Əliyev Parkını ziyarət edərək ulu öndərin abidəsi önünə güllər qoyub.

Sonra Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze ilə görüş keçirilib. Görüşdə nazirlər Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə inkişafını və hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd ediblər.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspektivləri, təhsilin müxtəlif sahələri üzrə qarşılıqlı təcrübə mübadiləsi, ali təhsil sahəsində əməkdaşlıq, Gürcüstanda yaşayan azərbaycanlı icmasının təhsil problemləri və onların həlli istiqamətində səylərin artırılması, xüsusilə də müəllim hazırlığı və məktəblərin Azərbaycan dili və ədəbiyyatı dərslikləri ilə təmin olunması kimi məsələlər müzakirə olunub.

Daha sonra Mikayıl Cabbarov azərbaycanlı icmasının təhsil aldığı M.F.Axundzadə adına Tbilisi şəhəri 73 saylı və 64 saylı orta məktəblərdə olub, hər iki təhsil müəssisəsinin müəllim və şagird heyəti ilə görüşüb, onların vəziyyəti ilə maraqlanıb.

Səfər çərçivəsində Mikayıl Cabbarov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində Gürcüstandakı azərbaycanlı icmasının nümayəndələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb və suallarını cavablandırıb.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azər Hüseyn, Gürcüstan Baş nazirinin müşaviri Savalan Mirzəyev,  Gürcüstan Parlamentinin deputatları və digər icma nümayəndələri iştirak ediblər.

Səfər zamanı Mikayıl Cabbarov həmçinin, Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadənin ev muzeyini ziyarət edib.


8 il əvvəl