İdmançılarımız Beynəlxalq Məktəbli Festivalından 12 medalla qayıdıblar
Təhsil Nazirliyinin yığma komandaları MDB ölkələri arasında keçirilən III Beynəlxalq Məktəbli İdman Festivalında uğur qazanıblar.
Rusiyanın Ulyanovsk şəhərində təşkil edilən festivalda 12 ölkənin məktəbli komandaları 7 idman növü üzrə mübarizə aparıblar. Yarışlarda ölkəmizi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman məktəblərinin şagirdlərindən ibarət basketbol, şahmat, stolüstü tennis və badminton idman növləri üzrə komandalar təmsil ediblər.
Komanda hesabında basketbol və şahmat idman növləri üzrə təmsilçilərimiz 2-ci yerə, stolüstü tennis idman növü üzrə 3-cü yerə, badminton idman növü üzrə isə qoşa yarışlarda iki idmançımız 3-cü yerə çıxıblar. Ümumilikdə, təmsilçilərimiz yarışlarda 12 medal qazanıblar.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30