• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İtaliyanın Milan şəhərində Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forum işə başlayıb.

Bu ilin may-oktyabr aylarında Milanda “Dünya sərgisi” çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının rəsmi pavilyonu təşkil olunub.

Azərbaycan-İtaliya Universitetlərarası Forumunda hər iki ölkənin Təhsil nazirlikləri və ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə 28-30 sentyabr 2015-ci il tarixlərində Milanda səfərdə olan Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq, ikili diplom proqramlarının universitetlərarası əməkdaşlığın gücləndirilməsində rolu və digər vacib mövzular ətrafında fikir mübadiləsi aparacaq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.

Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni təmasların qurulması, aktual mövzuların müzakirəsi, təcrübə mübadiləsinin və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.


8 il əvvəl