• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu təhsil müəssisəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında imzalanmış memorandum çərçivəsində yaradılmış Maliyyə laboratoriyasının təqdimatı keçirilib. 

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, ADİU-nun rektoru Ədalət Muradov, universitetin müəllim və tələbə heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.
ADİU-nun rektoru Ədalət Muradov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Rektor yeni laboratoriyanın yaradılmasındakı dəstəyinə görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təşəkkür edib.
QKDK-nın sədri Rüfət Aslanlı çıxışı zamanı ADİU ilə komitə arasında yaradılan səmərəli əməkdaşlıqdan, qarşılıqlı əlaqələrdən, universitet tələbələrinin bilik və bacarıqlarının artırılmasında, onların yüksək ixtisaslı kadr kimi hazırlanmasında rəhbərlik etdiyi qurumun rolundan danışıb.
Bakı Fond Birjası İdarə Heyətinin sədri Fariz Əzizov “Maliyyə laboratoriyasının texniki imkanları və funksiyaları” mövzusunda çıxış edib. Bildirilib ki, laboratoriyada tədris-tədqiqat sahəsi yaradılıb. Qiymətli kağızlar və kapital bazarları mövzusunda 4 dildə çap edilən kitablar tələbələrin istifadəsinə verilib.
Təhsil naziri Mikayıl Cabbarov ADİU-nun müəllim və tələbə heyətini Maliyyə laboratoriyasının istifadəyə verilməsi münasibətilə təbrik edərək bu işdə əməyi olanlara təşəkkürünü bildirib. Nazir yeni laboratoriyanın tələbələrin maliyyə biliklərinin daha da artırılmasında mühüm rol oynayacağını qeyd edib.  
Daha sonra universitetdə yeni yaradılan “Elektron universitet” modeli barədə məlumat verilib. Təhsil ocağında yeni sistemin tətbiqi nəticəsində kağız jurnaldan istifadə edilmədiyi bildirilib. Sistemin bazasına universitetdə təhsil alan bütün tələbələr, dərsləri tədris edən müəllimlər haqqında məlumat, dərs cədvəlləri, fənn üzrə qruplar, təqvim-tematik planlar, tələbələrin fərdi tədris planı və məzunlar haqqında məlumatlar daxil edilib.  
Qonaqlar SABAH qrupları tələbələrinin tədris auditoriyaları və yaradılan şəraitlə də tanış olublar.  
Universitetdə yeni yaradılmış onlayn “RADİO UNEC” ilə tanış olan Mikayıl Cabbarov və Rüfət Aslanlı radionun ilk qonaqları olaraq müsahibə verib, dinləyicilərə təbriklərini çatdırıblar.  
 


8 il əvvəl