• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib.

Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib.  
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva “2007-2008-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. N.Rzaquliyeva ölkə Prezidentinin təhsilə göstərdiyi diqqət və qayğısından söz açıb, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqının artırılmasının razılıq hissi ilə qarşılandığını bildirib.
Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını qarşıdan gələn “Bilik günü” - yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Nazir ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, bu sahədə görülən məqsədyönlü işlərin göz qabağında olduğunu söyləyib. Bu gün təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm tədbirlərin həyata keçirildiyini deyən Misir Mərdanov hazırda təhsil müəssisələrində tərbiyə məsələsinə xüsusi diqqət artırılmasının zəruriliyini vurğulayıb. Misir Mərdanov məktəb-valideyn-şagird münasibətlərinin düzgün qurulmasında məktəb rəhbərlərinin daha fəal olmasını təhsil işçilərinin diqqətinə çatdırıb, hər bir valideynin öz övladının oxuduğu məktəbin həyatında baş verən bütün proseslərdə yaxından iştirak etməsini arzulayıb. Nazir digər həlli vacib məsələlərə də geniş toxunaraq təhsil işçilərinə bir sıra dəyərli tövsiyələr verib.
Misir Mərdanov “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri sırasında olan paytaxtın 14 ümumtəhsil məktəbinin direktoruna və 42 müəllimə müvafiq sertifikatlar təqdim edərək onlara fəaliyyətlərində uğurlar diləyib.
Konfransda çıxış edənlər görülmüş işlər, nailiyyətlər, qarşıda duran mühüm vəzifələrdən söz açıblar.
Sonda konfrans şagirdlərin ifasında konsert proqramı ilə başa çatıb.


8 il əvvəl