• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərində yeni açılan badminton bölmələrinin məşqçi-müəllimləri üçün Sumqayıt Olimpiya İdman Kompleksində təlim keçirilib.

Azərbaycan Badminton Federasiyasının “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) birgə təşkil etdiyi təlimlərdə “Təhsil” RİM-in Gəncə, Sumqayıt, Lənkəran filiallarının və Quba Rayon Uşaq-Gənclər İdman Məktəblərinin badminton bölmələrinin məşqçi-müəllimləri iştirak ediblər.
Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara  qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ətraflı məlumat veriblər.


8 il əvvəl