• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya çempionatında qızıl medal qazanıb.

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya xarakterli güləş üzrə dünya çempionatında Təhsil Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, sərbəst güləş yarışlarının ötənilki dünya və Avropa çempionu Hacı Əliyev finala qədər maneəsiz irəliləyib. Güləşçimiz moldovalı Andrey Perpelita, yaponiyalı Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov üzərində inamlı qələbə qazanıb. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə qalib gələn güləşçimiz ikinci dəfə dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk dəfə ikiqat dünya çempionu titulunu qazanıb.   


8 il əvvəl