• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 7-də təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində təhsil almaq üçün seçilmiş tələbələrin növbəti qrupu ilə görüşüb.

Görüş zamanı tələbələri təbrik edən nazir onlara təhsillərində uğurlar arzulayıb. Mikayıl Cabbarov qeyd edib ki, ildən-ilə Dövlət Proqramı çərçivəsində təhsil üçün müraciət edənlərin sayı artır. Bunun nəticəsidir ki, 2015-2016-cı tədris ili üçün keçirilən müsabiqədə seçim daha yüksək rəqabətlilik şəraitində keçib.
Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini bildirib. Təhsil naziri bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərdiyini vurğulayan nazir hazırda bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini nəzərə çatdırıb. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən təhsil naziri qeyd edib ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.
Müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq hər il minlərlə azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərinə qəbul olur, xarici dillərdə təhsillərini davam etdirir. Bu da onların Azərbaycanda aldıqları möhkəm təhsil təməllərinə əsaslanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, A, AlmaniyaAvstraliyada bakalavriat, magistraturavə fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Kolumbiya Universiteti, Oksford Universiteti, London Kollec Universiteti, London İmperial Kolleci, Adelaida Universiteti kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır. Onlar əsasən, mühəndislik, yüksək texnologiyalar, kimya, təhsilin təşkili və idarəolunması kimi ixtisaslar üzrə təhsil alacaqlar.
Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015-2016-cı tədris ili üçün sənəd qəbulu 15 aprel – 15 iyul 2015-ci il tarixlərini əhatə edib. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunub.


8 il əvvəl