• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.

Sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.
İlk əvvəl qurultay iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin heykəlini ziyarət edib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən qurultayda 850 nümayəndə, eləcə də Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin məsul işçiləri, yaradıcı təşkilatların, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Təhsil naziri Misir Mərdanov qurultayı açaraq təhsil işçilərini təbrik edib.
Sonra məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Prezidentin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultaya təbrik məktubunu oxuyub.
Misir Mərdanov çıxış edərək bildirib ki, Azərbaycan müəllimlərinin XIII qurultayı müstəqil dövlətimizin beynəlxaql aləmdə nüfuzunun getdikcə artdığı iqtisadiyyat, təhsil, mədəniyyət və idman sahələrində böyük uğurların və qələbələrin əldə olunduğu tarixi bir dövrə təsadüf edir.
Azərbaycanda təhsilə göstərilən qayğıdan, qazanılan nailiyyətlərdən danışan Misir Mərdanov qeyd edib ki, ulu öndərimiz, qüdrətli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə başlanmış təhsil islahatları bu illər ərzində geniş vüsat alıb. Dövlət büdcəsindən təhsilə ayrılan məbləğin 5 dəfədən çox, təhsil işçilərinin əmək haqqının 6, tələbələrin 10, aspirantların təqaüdünün isə 4,5 dəfə artdığını, 14 inkişaf yönümlü Dövlət Proqramının təsdiq olunduğunu bildirən nazir təhsilin ayrı-ayrı pillələrinin inkişafı barədə də geniş məlumat verib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın, milli təhsil naziri Hüseyn Çelikin və digər qurumların rəhbərlərinin qurultay iştirakçılarına təbriklərini oxuyub.
Qurultayda Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın prezidenti Mahmud Kərimov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva çıxış edərək bu sahənin inkişafı ilə bağlı fikir və mülahizələrini bildirib, yeni dərs ilində təhsil işçilərinə uğurlar arzulayıblar.
Daha sonra bir sıra təhsil müəssisələrinin rəhbərləri, müəllimlər Azərbaycanda təhsil sisteminin uğurları, qarşıda duran vəzifələr barədə danışıb, həmçinin qeyd olunan sahənin beynəlxalq standartlara uyğun inkişaf etdiyini, ölkədə bu sahəyə göstərilən diqqət və qayğını, qurultayın təhsil işçiləri qarşısında duran vəzifələrinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətini vurğulayıblar.
Misir Mərdanov xarici ölkələrin müvafiq nazirliklərindən, müxtəlif beynəlxalq təşkilatlardan qurultayın ünvanına gələn təbrik məktublarını iştirakçıların diqqətinə çatdırıb.
Sonda qurultayın qətnaməsı və Azərbaycan xalqına müraciət qəbul olunub.


8 il əvvəl