• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 24-28-də ADA Universitetində “Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası” adlı təlim proqramı keçirilib.

Təhsil Nazirliyinin “SABAH Qrupları” layihəsinin dəstəyi ilə ADA Universitetinin Təhsilin İdarə edilməsi fakültəsi tərəfindən təşkil edilən beş günlük təlim ölkənin müxtəlif ali təhsil ocaqlarından 200-ə yaxın professor-müəllim heyətini cəlb edib. “Yay Akademiyası” nın əsas məqsədi  iştirakçıların bir sıra sahələrdə, o cümlədən,  yerlərdə daha uğurlu tədris prosesinin təşkili  üçün  müxtəlif müasir təlim-tədris üsullarını və qiymətləndirmə meyarlarını səmərəli tətbiq etmə, elmi tədqiqatlar vasitəsi ilə pedaqoji fəaliyyəti təkmilləşdirmə üzrə bilik və bacarıqlarını artırmaqdır.
Bağlanış məraimində çıxış edən  universitetin rektoru, professor Hafiz Paşayev bildirib ki, Azərbaycan inkişafının mühüm mərhələsində olduğu bir məqamda ölkəyə bütün sahədə peşəkar, bacarıqlı kadrlar lazımdır. Bunu yalnız müasir standartlara cavab verən tədrisin tətbiqi ilə əldə etmək olar.
Son illər təhsil sahəsinə artan diqqət nəticəsində ölkədə ardıcıl və davamlı təhsil islahatları həyata  keçirilir. ADA Universitetində Təhsilin İdarə edilməsi fakültəsi də məhz təhsil sahəsində bacarıqlı menecerləri məzun etmək zərurətindən yaranmışdır. ABŞ-ın Miçiqan Universiteti ilə birgə təsis edilən ADA-nın Təhsilin İdarə edilməsi fakültəsi Təhsil Nazirliyi tərəfindən də dəstəklə qarşılanmışdır. Rektor Paşayev keçirilən təlimlərin ADA Universitetinin təhsil standartlarını digər yerlərdə də tətbiqinə  kömək edəcəyinə  ümid bəslədiyini bildirmişdir.
Ali məktəblərə qəbul imtahanlarını mərkəzləşdirilmiş qaydada aparılmasını müsbət dəyərləndirən  H.Paşayev bununla bərabər,  yeni tələbləri nəzərə almağın da çox vacib olduğunu bildirib: "İndi yeni tələblər var ki, onları nəzərə almaq lazımdır. Bu il ali məktəblərdə 6 min yer boş qalıb. Bizim universitetdə yerlər tam dolub. Bəlkə bir-iki yer boş qalıb, o da müxtəlif səbəblərdən. Amma elə universitetlər var ki, cəmi 25-30 faiz yerlər dolub. Halbuki, əgər cavanlar ərizə veribsə oxumaq istəyirlər. Əlbəttə, tələbənin səviyyəsi də vacibdir".
H.Paşayev  bu sahədə mövcud olan dünya təcrübəsindən nümunə gətirib:   "Dünya  universitetləri girişdə  qapını geniş açıb, sonra çıxışda daraldırlar. Oxuya bilən universiteti bitirir. Müvəffəq olmayan başqa işlə məşğul olmalıdır”.
Bir həftəlik təlim zamanı 1-ci Yay Akademiyasının iştirakçıları “Müəllimin fərdi inkişafı”, “Tələbəyönümlü təlim”, “Müəllim islahatçı-təşəbbüskar rolunda“, “Təhsildə etik normalar və “Davranış kodeksi” kimi müasir təhsilin mühüm mövzuları üzrə təlim alıblar.Tədbirin yekununda təlim iştirakçılarına sertifikatlar verilib.


8 il əvvəl