• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 24-də təhsil naziri Misir Mərdanov İKT sahəsində dünyanın nüfuzlu “CISCO Systems” şirkətinin Şərqi və Mərkəzi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, Mərkəzi Asiya üzrə baş meneceri Ali Kuralkan və Azərbaycan üzrə satış meneceri Kamilla Şahbazova ilə görüşüb.

Sentyabrın 24-də təhsil naziri Misir Mərdanov İKT sahəsində dünyanın nüfuzlu “CISCO Systems” şirkətinin Şərqi və Mərkəzi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, Mərkəzi Asiya üzrə baş meneceri Ali Kuralkan və Azərbaycan üzrə satış meneceri Kamilla Şahbazova ilə görüşüb.
Misir Mərdanov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan məktəblərinin kompüterdən lazımınca istifadə edə bilməsi bu gün təhsil sisteminin qarşısında duran başlıca məsələlərdən biridir. Bunun üçün bu sahəni lazımınca bilən müəllimlərə ehtiyacımız var. Nazir bildirib ki, müəllimlərin kompüterdən istifadə etmək bacarıqlarını yaxşılaşdırmaq üçün ötən 3 ildə 20 minə yaxın pedaqoji işçi müvafiq kurslarda iştirak edib, sertifikat alıb. Bu işin davam etdirildiyini vurğulayan Misir Mərdanov qeyd edib ki, məktəblərdə kompüterdən, eləcə də İnternetdən düzgün və səmərəli istifadə olunması üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməyə çalışırıq.
Qonaqlar Türkiyə Təhsil Nazirliyinin nəzdində CISCO şirkəti tərəfindən “Təhsil Texnoloji Mərkəzi”nin yaradıldığını, burada müəllimlərin texnoloji biliklərini yüksəltməyə çalışdıqlarını, eyni zamanda valideynlərin öz uşaqlarının təhsillərinə birbaşa İnternet vasitəsilə nəzarət etmələri üçün şərait yaradıldığını da qeyd ediblər. Türkiyədə bu sahə üzrə “CISCO akademiyaları”nın fəaliyyətindən də danışan qonaqlar Azərbaycan və Orta Asiya ölkələrində də təhsil proyektləri hazırlamaq fikrində olduqlarını bildiriblər.
Misir Mərdanov informasiya texnologiyalarının inkişaf etdiyi zamanda yeni proyektlərin Azərbaycanda da tətbiqinin yaxşı fikir olduğunu və təhsilin inkişafı üçün lazımlılığını qeyd edib.
Görüşdə qərara alınıb ki, qonaqlar bir neçə təhsil müəssisəsində olub, məktəblərdə kompüterdən necə istifadə olunması ilə tanış olsunlar.


8 il əvvəl