• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 24 avqust 2015-ci il tarixinə nəzərdə tutulmuş Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbulu vaxtında dəyişiklik edilib.

Belə ki, təhsil naziri Mikayıl Cabbarov 27 avqust 2015-ci il tarixində saat 10:00-da Sumqayıt şəhərindəki Tarix Muzeyində Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.
24 avqust 2015-ci il tarixinə nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 27 avqust 2015-ci il tarixində qəbul ediləcəklər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


8 il əvvəl