• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 9-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun, “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye ilə görüşüb.

Oktyabrın 9-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun,  “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye ilə görüşüb.
Misir Mərdanov səfir Karolin Braunun Təhsil Nazirliyində ilk dəfə olduğunu qeyd edərək fəaliyyətində uğurlar arzulayıb.
Nazir dünyanın bir sıra ölkəsində ingilis dilinin aparıcı dil olduğunu qeyd edərək orta məktəblərdə bu sahənin tədrisini genişləndirmək üçün bir sıra tədbirlərin həyata keçirildiyini, bununla bağlı seçilmiş 7 məktəbin sayının gələcəkdə daha da artırılmasının zəruriliyini bildirib.
Misir Mərdanov gələcəkdə ölkəmizin hər hansı universitetinin fakültələrindən birinin tədrisinin tam olaraq ingilis dilində keçirilməsi, eləcə də Böyük Britaniyanın nüfuzlu universitetlərinin himayəsi altında bu tip fakültələrin açılmasının reallaşmasına ümid etdiyini bildirib. Nazir eyni zamanda xaricdən gələn tələbələr üçün yataqxana şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycanın inkişafı üçün yüksək biliyə malik kadrlara ehtiyac var və ona görə də yaxşı mütəxəssis hazırlamaq bizim üçün əsas amildir.
Qonaqlar qeyd olunan fikirləri dəstəkləyərək bildiriblər ki, ingilis dilinin tədrisinin Azərbaycanda genişləndirilməsi üçün təşkilatlarımız daim yerlərdə iş aparır və gələcəkdə bu istiqamdə bir sıra layihələr həyata keçirməyə çalışacağıq.
Eyni zamanda “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye nazirin ingilis dilli fakültələrin açılması fikrinə münasibət bildirərək məlumat verib ki, bir sıra ölkələrdə Böyük Britaniyanın universitetləri fəaliyyət göstərir ki, bu həmin dövlətlər üçün müsbət amildir və gələcək inkişafa doğru bir addımdır.
Görüşdə tələbə mübadiləsi, bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün görüləcək işlər barədə də söhbət aparılıb.


8 il əvvəl