Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri Gürcüstanda keçirilən “Tbilisi-2015” XIII Avropa Gənclərinin Olimpiya Festivalında cüdo üzrə idman yarışlarında uğur qazanıblar.
İdmanın ayrı-ayrı növləri üzrə keçirilən yarışlara dünyanın 50 ölkəsindən 2500-dək yeniyetmə idmançı qatılıb. Qızlar arasında 40 kq çəki dərəcəsində Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Şəfəq Həmidova qalib olub. O, finalda Rusiya idmançısı üzərində qələbə qazanaraq qızıl medal qazanıb.
13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi İbrahim Bayramlı isə oğlanlar arasında 50 kq çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medal əldə edib.
8 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10