• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan komandası ABŞ-ın Redmond şəhərində keçirilən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb.

Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət komandamız müsabiqədə “İnnovasiyalar” kateqoriyasında ikinci yeri tutub.
Müxtəlif ölkələrdən 33 komandanın iştirak edib müsabiqə üç kateqoriya üzrə keçirilib: “World Citizenship” (dünya vətəndaşlığı), “Games” (oyunlar) və “Innovation” (innovasiyalar).
Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın “NoObs” komandası “Bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsini təqdim edib. Layihə “İnnovation” kateqoriyasında II yeri tutub. Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına “Microsoft” şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant əldə ediblər.
Qeyd edək ki, “NoObs” komandası “Microsoft Azerbaijan” şirkəti ilə birgə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar parkı və “Nar mobile” şəbəkə operatoru tərəfindən keçirilmiş “Imagine Cup” lokal seçim turunun qalibləri olub. 


8 il əvvəl