• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 2015-2016-cı tədris ili üzrə tələbə qəbulu başa çatıb.

Filialda ilk tədris ilində təhsil alacaq 100 tələbə artıq müəyyənləşdirilib. Tələbələrin 54-ü Bakı şəhərində, 14-ü Gəncədə, qalan 32-si respublikanın digər regionlarında orta təhsil alıb. Onlardan 89 nəfəri orta məktəbi rus dilində, 11 nəfəri Azərbaycan dilində başa vurub. Filialda tədris rus dilində aparılacaq.
Filialın Elmlər Akademiyası şəhərciyində yerləşən binası tibb təhsili üçün müəyyənləşdirilmiş standartlara uyğun müasir avadanlıqlarla təchiz olunur. Burada ixtisas fənləri üzrə dərsləri Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti aparacaq. Humanitar və xarici dil fənləri üzrə dərsləri isə Azərbaycanın ali təhsil müəssisələrindən müsabiqə yolu ilə seçilmiş müəllimlər tədris edəcək.
Xatırladaq ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən filiala aparılan qəbul imtahanlarına TQDK-nın IV qrup üçün keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər buraxılıb. Həmin abituriyentlər internet üzərindən onlayn olaraq Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyaya rus dili və kimya fənlərindən imtahan veriblər.
Filialda tədris Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında keçiriləcək və məzunlara həmin ali təhsil ocağının diplomu təqdim olunacaq.


8 il əvvəl