• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan əcnəbi tələbələr London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər.

ADİU-nun əcnəbi tələbələri bu ali məktəblə London Universitetinin ikili diplom proqramına qoşulmaq imkanı qazanacaqlar. Bununla da əcnəbi tələbələr ADİU ilə bərabər London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər.
Proqramda iştirak edəcək əcnəbi tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil alacaq və nüfuzlu təhsil ocağının tədris resurslarından istifadə edə biləcəklər. Tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində iştirak etmək imkanı da qazanacaqlar.


8 il əvvəl