• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 15-də Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyi tərəfindən təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb və nazirliyin internet saytının (www.edu.gov.az) yeni versiyasının təqdimat mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini İbrahim Məmmədov, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə öncə Təhsil Nazirliyinin saytı təqdim olunub. Qeyd edilib ki, müasir tələblərə cavab verən sayt məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından əsaslı şəkildə yenilənib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən dolğun məlumatlar yerləşdirilib.
Saytda Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik sistemində fəaliyyət göstərən "Qaynar xətt" xidmətləri, nazirliyin struktur rəhbərlərinin əlaqə vasitələri, elektron müraciət, interaktiv və informativ xidmət bölmələri və nazirliyin elektron poçt ünvanları qeyd olunub. Qanunvericilik bölməsində təhsil sahəsinə dair normativ-hüquqi sənədlər yer alıb.
Təhsilin bütün pillə və səviyyələri üzrə aparılan yeniliklər və islahatlar barədə saytdan ətraflı məlumat almaq mümkündür. İstifadəçilər rahat menyu sistemi və çoxpilləli axtarış mexanizmi vasitəsilə istədikləri məlumatı rahat şəkildə taparaq sosial şəbəkələrdə paylaşa, şrifti böyüdüb-kiçildə, elektron poçt vasitəsilə göndərə və ya çap edə bilərlər. Saytın proqram təminatı və informasiya təhlükəsizliyi də ən yüksək səviyyədə qorunur.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan milli mətbuatının 140 illik yubileyi respublikamızda geniş şəkildə qeyd edilməkdədir. Nazir 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib və təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi  münasibətilə təhsil mövzusunda cəmiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsildən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək və KİV-lə səmərəli əməkdaşlığın inkişafına təkan verməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışladıqlarını və belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduqlarını bildirib, media nümayəndələrini təbrik ediblər.
Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” və qiymətli hədiyyələr təqdim edilib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulanıb.




8 il əvvəl