• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.

Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.
Sonra Təhsil Nazirliyində görüş keçirilib. Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və xanım Nimət Çubukçunun nazir olaraq ilk səfərini Azərbaycana etməsini xüsusi qeyd edib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən Misir Mərdanov iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib. Nazir bugünkü görüşün tanışlıq xarakteri daşıdığını, yaradılan əlaqələrin daha da möhkəmləndirilməsi və təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov Türkiyənin ölkəmizdəki təhsil müəssisələrinin nümunəvi fəaliyyətindən də bəhs edib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən xanım Nimət Çubukçu qardaş Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Qonaq Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri haqqında məlumat verib. Xanım Nimət Çubukçu bu görüşün birgə işbirliyinin genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümid bəslədiyini açıqlayıb və bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçu media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.


8 il əvvəl