• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ökəmizin ali məktəb və kolleclərinin 17859 tələbə könüllülərindən 5612 nəfəri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində, 12247 nəfər əməliyyat könüllüləri isə Avropa Oyunları ilə bağlı digər tədbirlərdə iştirak edəcək.

Ali məktəb və kollec tələbələrinin 1-ci Avropa Oyunlarına dəstək məqsədilə könüllü fəaliyyətə cəlb olunması Azərbaycanda könüllülük hərəkatının genişlənməsinə xidmət edir.
2015-ci ilin martından fəaliyyətə başlamış “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və biliklərin praktikada tətbiqi, eləcə də idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.
Ötən gün “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə “SABAHFest” adlı festival keçirilib.
Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş “SABAHFest” adlı festival musiqili-interaktiv üslubda keçirilib. Festivalda Avropa Oyunlarının ulduz səfirləri – tanınmış teleaparıcı Murad Dadaşov və əməkdar artist Tünzalə Ağayeva ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib.
Tədbirdə tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına biletlər qazanıblar. “SABAH-ın könüllüsü”nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi “SABAH Live” və “SABAH Foto” müsabiqələrinin qalibləri Ramal Vəliyev və Humay Cavadzadəyə diplom və hədiyyələr təqdim olunub.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.


8 il əvvəl