• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 24-də “Hyatt Regency” otelində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasına həsr olunmuş seminar keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və təhsil işçiləri iştirak edib.
Seminarda çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və tədbirin yüksək əhəmiyyət daşıdığını qeyd edib.
Təhsil İslahatları Proqramının həyata keçirilməsinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısını xüsusi vurğulayıb.
Misir Mərdanov Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı mövcud əməkdaşlıq, I layihə çərçivəsində həyata keçirilən islahatlar, 10 illik Təhsil İslahatı Proqramı üzrə əldə olunan nailiyyətlər, perspektivlər haqqında geniş məruzə edib. Nazir cari ildən etibarən orta məktəblərin I siniflərində ümumi təhsilin milli kurrikulumunun tətbiq edilməsini bu uğurlardan biri kimi qiymətləndirib. Eyni zamanda nazir II layihə barədə iştirakçıları məlumatlandırıb. Nazir bildirib ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır. Misir Mərdanovun verdiyi məlumata görə, layihə 2008-2013-cü illəri əhatə edəcək və onun həyata keçirilməsi üçün 45.4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir, 20.4 milyonu isə Azərbaycan Hökumətinin iştirak payı kimi müəyyənləşdirilib.
Baş nazirin müavini Elçin Əfəndiyev seminarda çıxış edərək, ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından danışıb. E.Əfəndiyev bildirib ki, son 5 ildə ölkəmizdə qeyd olunan sahə üçün ayrılan büdcə vəsaitinin məbləği 5 dəfə artırılıb. E.Əfəndiyev Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində müsbət addımlar atıldığını vurğulayaraq II layihənin aparılması işinə uğurlar arzulayıb.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq II layihənin əhəmiyyətini qeyd edib, tədris prosesində təlim texnologiyalarından səmərəli istifadə edilməsini, kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini diqqətə çatdırıblar.  
Sonra “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək”, “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi”, “Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə”, “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” və digər mövzularda təqdimatlar olub, təhsilin müxtəlif sahələri üzrə müzakirələr aparılıb.
Seminar öz işini davam etdirir.


8 il əvvəl