• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, cavab kartı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada keçirilən test yoxlama imtahanları 2009-cu ilin fevral ayında texniki peşə liseylərində, mart-aprel aylarında ümumtəhsil məktəblərində, buraxılış imtahanları isə 2009-cu ilin iyun ayında keçiriləcəkdir.

Yoxlama imtahanın fənlər üzrə nəticələri sinif jurnalına yazılır və ikinci yarımilliyin qiymətləri çıxarılarkən nəzərə alınır. İmtahan aparılan fənlər üzrə yekun attestat qiyməti hər bir fənn üzrə yoxlama imtahanının nəticələri, X – XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaqdır.
20 dekabr 2008-ci il tarixində Bakı şəhərinin ümumtəhsil məktəblərində keçiriləcək məktəbdaxili imtahan isə yalnız sınaq məqsədi daşıyır. Bu sınaq imtahanı mart ayında Təhsil Nazirliyi tərəfindən cavab kartı tətbiq etməklə mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanına hazırlıq üçün aparılır, nəticəsi qiymətləndirilmir və yekun attestat qiymətinə təsiri yoxdur.


8 il əvvəl