• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş ümumi orta internat və 8 nömrəli Sanatoriya tipli internat məktəblərin təşkilatçılığı ilə “Vətənimi tərənnüm edirəm” adlı tədbir keçirilib.

Tədbirdə internat məktəblərinin uşaqları özlərinin intellektual, idman, incəsənət və kulinariya sahəsində istedadlarını nümayiş etdiriblər.
Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissi formalaşdırmaq, birliyi, dostluğu möhkəmləndirmək,  onların istedadlarını üzə çıxarmaq və sağlam rəqabət aparmaq bacarığını inkişaf etdirmək, layiqli bir vətəndaş kimi yetişdirməkdən ibarətdir.
Tədbirdə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində İnstitusional inkişaf üzrə koordinatoru  Elçin Sərdarov, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Gülbala Qurbanov, Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə  Məmmədova, 11 nömrəli internat məktəbin direktoru Gülnarə Abdullayeva  və şagirdlər iştirak ediblər.
Tədbirdə 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş internat məktəbin “Xəzər” komandası, 8 nömrəli Sanatoriya tipli internat məktəbin “Qarabağ” komandası arasında şən startlar yarışı təşkil edilib. Vətən mövzusunda rəsmlər çəkilib, bilik yarışması, şeir, rəqs və kulinariya  müsabiqələri keçirilib.
Müsabiqələrdə iştirak edən komandalara və uşaqlara kuboklar və diplomlar təqdim edilib.
8 nömrəli Sanatoriya tipli internat məktəbinin direktoru Pəri Paşayeva və 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş ümumi orta  internat məktəbinin direktoru Dilarə Məşədiyeva  bildiriblər ki, valideyn himayəsindən məhrum olmuş, ailə qayğısı görməyən bu uşaqların dünyagörüşünün artırılması, müvafiq bilik və bacarıqlara yiyələnməsi, bir-biri ilə düzgün münasibət qurması, ünsiyyət keyfiyyətlərinə yiyələnməsi, gələcəkdə öz yerlərini tutması və hər hansı peşəyə sahib olması istiqamətində görülən işlər davam etdiriləcəkdir.
 


8 il əvvəl