• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunmuş yarışları davam etdirir.

Kütləvi idman tədbirləri çərçivəsində bu dəfəki yarışlar sağlamlıq imkanları məhdud məktəblilər arasında təşkil olunub.
Türkan qəsəbəsi 6 nömrəli Respublika xüsusi internat məktəbində futbol və basketbol idman növləri üzrə keçirilən yarışda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi, 8 nömrəli Sanatoriya tipli və 11 nömrəli İnteqrasiya təlimli internat məktəblərinin komandaları mübarizə aparıblar.
Futbol yarışında I yeri 11 nömrəli, II yeri 4 nömrəli, III yeri 5 nömrəli, basketbol yarışında isə I yeri 6 nömrəli, II yeri 8 nömrəli, III yeri 4 nömrəli internat məktəbinin komandası tutub.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub.


8 il əvvəl