• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan" Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilib.

Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.
Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənilib və təlimlər keçirilib. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda bilik və bacarıqlarını artırıblar.
“Azərtac” dövlət informasiya agentliyi, "Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda  media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov belə konfransların keçirilməsinin təhsil-media dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini deyib. “Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı təhsil-media dialoqu sahəsində mövcud vəziyyət barədə danışıb.
Sonra təhsil eksperti Şahlar Əsgərov, Təhsil Şurasının sədri Əjdər Ağayev çıxış edərək təhsil-media sahəsində belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər. Onların fikrincə, mətbuat və media təlim-tərbiyədə mühüm rol oynayır və bu prosesin dialoq çərçivəsində öyrənilməsi vacib məsələdir.
Tədbirin davamında "APA Holdinq"in prezident Vüsalə Mahirqızının, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Aynur Kərimovanın, PR üzrə ekspert Aynur Rəşidovanın məruzələri dinlənilib.
Təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar verilib.
Günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olunub.
Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.


8 il əvvəl