• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cari ildə Azərbaycanda bütün orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək Məlumat və Resurs Mərkəzi yaradılacaq.

Mərkəzin açılışı bu ilin mart ayına planlaşdırılır.
Mərkəz Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil edilir.
Dövlət Proqramına əsasən Məlumat və Resurs Mərkəzlərində Şəbəkə İdarəetmə Mərkəzi (ŞİM) yaradılmalı, elektron məktəb idarəetmə sisteminin istifadəsi sahəsində ölkəmizin ən qabaqcıl məktəblərində pilot layihələr həyata keçirilməlidir. Proqrama uyğun olaraq təhsil portalı yaradılması, fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksindən istifadə olunması və yayılması, elektron təhsil resurslar bazasının hazırlanması və təhsil bazasına inteqrasiya edilməsi nəzərdə tutulub. Artıq bu sahədə müvafiq işlər aparılır.
Onu da qeyd edək ki, təhsil sisteminin inzibati idarəetmə, pedaqoji və texniki heyətinin İKT savadlılığının artırılması üçün treninq, eləcə də digər kompleks tədbirlərin həyata keçirilməsi, kompüter Şəbəkələrinin Təhlükəsizlik Xidməti üzrə mütəxəssislərin hazırlanması və müxtəlif treninq proqramlarında iştirakına 2008-ci ilin noyabrından başlanmışdır.
Həyata keçirilən layihələrdən biri də Elektron Məktəb Layihəsidir. Layihənin icrasına 2008-ci ilin sonundan etibarən Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə başlamışdır. Layihə çərçivəsində məktəblər üçün əlavə noutbuk, proyektor dəstləri və elektron lövhələr alınmışdır.
Cari ildə məlumat və resurs mərkəzləri ilə bağlantı yarada bilmələrini təmin etmək üçün həmin məktəblər xüsusi proqram təminatı və elektron dərslərlə təmin olunacaq. Hazırda məktəblərdə yüksək sürətli internet, internet bağlantısı vasitəsi ilə video görüntünü təmin edən fibro-optik kabel çəkilməkdədir, həmçinin mart ayında məktəblərdə İP-telefoniya xidməti də quraşdırılacaq.
Beləliklə, bu məktəblər həm Bakı şəhər Baş Təhsil İdarəsi, həm Təhsil Nazirliyi, eləcə də Məlumat Resurs Mərkəzləri ilə video bağlantılar yarada biləcəklər.


8 il əvvəl