• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 30-da Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli iştirak ediblər.
Konfransda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə müsabiqə, Məktəblilərin Fənn Olimpiadaları, SABAH qrupları üzrə imtahanlar, təhsil müəssisələrinin yeni avadanlıqlarla təchizatı, birinci sinfə elektron qəbul, ibtidai sinif müəllimlərinin iştirak etdiyi “Təməl” proqramı və elektron dərsliklər sahəsində yeni layihələr barədə məlumat verilib.
Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.


8 il əvvəl