• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 20-də Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan təhsilinin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu söyləyərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi davamlı layihələrin müstəsna əhəmiyyət daşıdığını nəzərə çatdırıb.
Nazir qeyd edib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib. Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final mərhələsində iştirak edən şagirdlərdən 240 nəfərin mükafatçılar sırasına daxil olduğunu nəzərə çatdıran nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə diqqət çəkib.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu il ölkədə fənn olimpiadalarının keçirilməsi qaydalarına əsaslı dəyişikliklər edilib: “İnanırıq ki, iştirakçılar arasında sabahın dünya və beynəlxalq olimpiadasının qaliblərini görəcəyik”.
Nazir qeyd edib ki, bu ilki olimpiadanı beynəlxalq analoji olimpiadanın qaydalarına uyğun keçirməklə müəyyən təcrübə qazanmaq məqsədi daşıyırdı. Onun fikrincə, Azərbaycanın təhsil sahəsində uğurları ilə fəxr etməyə bir çox səbəbləri var: “2013-14-cü tədris ilində beynəlxalq və dünya olimpiadalarında 18 qızıl medal qazanılıb. İnanırıq ki, bu ilki uşaqların nəticələri daha da yüksək olacaq. Olimpiadaya olan münasibətin ən yaxşı göstərici ora qatılan şagirdlərin sayıdır. Bu il olimpiadaya 22 min şagird qatılıb. Bu da ötən illə müqayisədə 4 dəfə çoxdur. Bu ilki qaliblər ölkənin 23 bölgəsindən gəlib və bu da müxtəlif bölgələrdə istedadlı gənclərin yetişməsi üçün lazımlı şəraitin olmasından irəli gəlir. Qızıl medal qazanan şagirdlər respublikanın 14 bölgəsini təmsil edib və  bu da yüksək göstəricidir”.
Təhsil naziri bu il Azərbaycan üçün böyük yarışlar və olimpiadalar ili olduğunu vurğulayıb: “Ən böyük yarış Avropa oyunlarıdır və iyunda bu yarışın ölkəmizdə keçirilməsi ilə dövlətimiz adını idman tarixinə yazır. Eyni zamanda ölkəmizdə beynəlxalq dünya kimya olimpiadası keçiriləcək. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülür.
Çıxışının sonunda təhsil naziri orta məktəb şagirdlərinin olimpiadalara xüsusi hazırlıq mərhələsindən keçməsinin vacibliyini nəzərə çatdırıb və belə möhtəşəm bilik yarışının təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edənlər belə bilik yarışlarının təhsilin inkişafına müsbət təsir etdiyini vurğulayıblar.
Olimpiadaların sonuncu günündə qaliblərə medallar və Təhsil Nazirliyinin qiymətli hədiyyələri təqdim edilib.
Xatırladaq ki, fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.
Tədbirin media dəstəkçisi APA holdinqdir.
 


8 il əvvəl