• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 11-də Bakı şəhərinin Biləcəri qəsəbəsində yeni inşa olunmuş 327 və Lökbatan qəsəbəsindəki 333 nömrəli körpələr evi-uşaq bağçalarının açılışı olub.

Açılış mərasimində təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərləri, Qaradağ və Binəqədi rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİSEF-in Bakı ofisinin rəhbəri və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov sakinləri yeni uşaq bağçalarının fəaliyyətə başlanması münasibətilə təbrik edib. Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli «Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə» Sərəncamının əhəmiyyətindən söz açan nazir dövlətin məktəbəqədər təhsil müəssisələrinə daim diqqət və qayğı göstərdiyini nəzərə çatdırıb. Nazir vurğulayıb ki, ilin sonunadək 6 dövlət məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunacaq və 3 özəl bağça körpələrin ixtiyarına veriləcəkdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına yaxın vaxtlarda regionlarda daha bir neçə məktəbəqədər təhsil müəssisəsinin tikilərək uşaqlara hədiyyə ediləcəyini söyləyən Misir Mərdanov göstərilən yüksək diqqət sayəsində yaxın illərdə məktəbəqədər təhsil müəssisələrinin problemlərinin aradan qaldırılacağına əminliyini ifadə edib.
Sonda nazir və digər qonaqlar uşaq bağçalarında balacalar üçün yaradılmış şəraitlə tanış olublar.
Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən müasir avadanlıq və əyani vəsaitlərlə təmin edilib.


8 il əvvəl