• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən yetim və valideyn himayəsindən məhrum uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin (övladlıq, qəyyumluq və himayədarlıq, ailə tipli kiçik qrup evlər) yaradılması nəzərdə tutulub.

Bu məqsədlə Təhsil Nazirliyi ilə Avstriyanın Hilfswerk təşkilatının birgə hazırladığı layihə Avropa Komissiyası tərəfindən qəbul edilib və layihənin reallaşdırılması üçün 640 770 avro məbləğində vəsait ayrılıb.
Layihə çərçivəsində Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmləri qurulacaq, himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirilməsi mexanizmləri hazırlanacaq. Bununla yanaşı, layihənin icra müddəti ərzində himayədar ailə olmaq üçün müraciət edən namizədlər arasından seçiləcək 50 ailə üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulub.
Layihəyə uyğun olaraq övladlığa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsini həyata keçirmək üçün 25 nəfər sosial işçinin hazırlanması planlaşdırılır. Layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaq. Bu məqsədlə, Hilfswerk təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi Əzizbəyov və Suraxanı rayonlarındakı internat məktəblərdə olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib.
3 il ərzində həyata keçiriləcək layihənin sonunda himayədar ailələr assosiasiyasının yaradılması nəzərdə tutulub.


8 il əvvəl