• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 14-də “Park İnn” otelində ali təhsildə maliyyələşdirmə mexanizmləri üzrə seminar keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü açaraq öncə qonaqları və dövlət qurumlarının nümayəndələrini salamlayıb. Nazir qeyd edib ki, sürətli dəyişikliklərin baş verdiyi müasir dövrdə cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan iqtisadiyyatın qurulmasında ali təhsilin müstəsna rolu vardır. Müvafiq tədbirin Dünya Bankının birbaşa dəstəyi ilə artıq ikinci dəfə gerçəkləşdirildiyini diqqətə çatdıran Misir Mərdanov bildirib ki, belə seminarların keçirilməsində, dünyanın müxtəlif ölkələrində ali təhsillə bağlı simpozium və konfranslarda iştirak etməkdə əsas məqsəd beynəlxalq aləmdə bu sahə ilə bağlı tendensiyalarla yaxından tanış olmaq və əldə olunan təcrübəni ölkədə ali təhsilin inkişafına yönəltməkdən ibarətdir.
Sonra Misir Mərdanov 2005-ci ilin mayında ölkəmizin Boloniya prosesinə qoşulmasını, ölkə Prezidenti cənab İlham  Əliyevin neftdən və qazdan gələn gəlirlərin ölkədə insan potensialının inkişafına yönəldilməsi üçün atılan addımlar, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi, ölkənin ali təhsil sistemində islahatlar üzrə dövlət proqramlarının təsdiq olunmasının əhəmiyyəti barədə məlumat verib.
Təhsil sahəsində həyata keçirilən islahatların, o cümlədən maliyyələşmə ilə bağlı islahatların təhsilin keyfiyyətinin yüksəlməsinə və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edən nazir ölkəmizdə bütün bunlar üçün əsaslı zəmin yaranmasından söz açıb. Nazir bildirib ki, son illərdə dövlətin diqqət və qayğısı nəticəsində ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, onların müasir avadanlıq və texnologiyalarla təminatı sahəsində əhəmiyyətli işlər həyata keçirilib.
Sonra təhsil naziri “Ali təhsildə yeni maliyyələşdirmə mexanizmi” mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda respublikamızın ali təhsil sistemi, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, ali təhsilə dövlət büdcəsindən ayrılan vəsait və s. haqqında ətraflı məlumat verilib, mövcud problemlər və maliyyələşdirmə ilə bağlı təkliflər diqqətə çatdırılıb.
Daha sonra seminarın proqramına müvafiq olaraq Dünya Bankının baş təhsil mütəxəssisi Riçard Hopper "Ali təhsilin maliyyələşdirilməsi və bu sahədə olan innovasiyalar", Dünya Bankının ali təhsil proqramının koordinatoru Cəmil Səlmi "Müəssisələrin birbaşa və dolayı maliyyələşdirilməsi", ali təhsilin maliyyələşdirilməsi üzrə məsləhətçi Con Filden "Düstur əsasında maliyyələşdirmə", Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçius "Litvanın vauçer sistemi" və onun müşaviri Gitautas Damiyonaytis "Litvada düstur əsasında maliyyələşdirmə" mövzusunda məruzə-təqdimatlarla çıxış ediblər.
Fasilədən sonra dinlənilən təqdimatlara əsasən ayrı-ayrı məsələlər – əsas büdcənin düsturla maliyyələşdirilməsi, strateji prioritetlər üzrə vəsaitləri təmin edən rəqabətli maliyyələşmə, tədris üzrə əsas maliyyələşməni təmin edən vauçer sistemi, tədqiqatların müxtəlif mənbədən maliyyələşdirilməsi və mərkəzdən idarə olunan dövlət vəsaitləri üçün strateji seçimlərlə bağlı müzakirələr aparılıb.


8 il əvvəl