• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 11-də “British Councıl”un Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbində Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə olaraq İngilis Dilinin Onlayn Tədrisi (ETTO) ixtisasartırma layihəsinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Misir Mərdanov “British Councıl” təşkilatının ölkəmizdəki nümayəndəliyinin 2003-cü ildən Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və yeni layihənin aparılan işlərin daha da inkişafına təkan verəcəyinə, məktəblərdə ingilis dilini tədris edən müəllimlər üçün uğurlu olacağına ümid bəslədiyini bildirib. Nazir onu da əlavə edib ki, son illər Bakının 7 məktəbində ingilis dilinin intensiv tədrisinə başlanılıb və bu sahədə böyük nailiyyətlər əldə edilib.
Mərasimdə qeyd olunub ki, ETTO layihəsi 50 saatlıq innovativ kurs, online tapşırıqlar, digər iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə isə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir. Bildirilib ki, bütün fəaliyyətlər, tapşırıqlar, audio- video materiallar 5-12 yaşlı uşaqlara dərs demək üçün nəzərdə tutulub. Yanvarın 15-dən təşkil olunacaq kursda Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı məktəblərinin ibtidai siniflərində ingilis dilindən dərs deyən 48 müəllim iştirak edəcək və kurs ərzində müəllimlərə onlayn təlimçi dəstək olacaq. Kursun sonunda müəllimlərə sertifikat təqdim ediləcək.
Tədbirdə təhsil naziri Misir Mərdanov “British Councıl”un Azərbaycan nümayəndəliyinin müvafiq layihə üzrə rəhbəri Gülşən Hüseynovaya təşəkkürünü bildirərək uğurlar arzulayıb.  
Sonra tədbirdə iştirak edən “British Councıl”un Qara Dəniz ölkələri üzrə direktoru xanım Rozmari Arnot çıxış edib və Təhsil Nazirliyi ilə aparılan səmərəli işin səviyyəsindən razı qaldığını bildirib. Qonaq, həmçinin gələcəkdə Azərbaycanın bütün tədris müəssisələrində ingilis dilinin yüksək səviyyədə öyrədilməsi və tədrisi sahəsində daha böyük layihələr həyata keçiriləcəyini vurğulayıb.


8 il əvvəl