• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və digər mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar.

 Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal (57 qızıl, 51 gümüş, 60 bürünc) əldə ediblər.
Ötən il digər idmançılarımız kimi şahmatçılarımız üçün də uğurlu olub. Ötən ilin iyun ayında Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandası Bolqarıstanda keçirilən məktəblilərin Avropa komanda çempionatında yüksək nəticə əldə edərək müstəqillik dövründə ilk dəfə birinci yerə çıxıb. Həmin məktəbin yetirməsi Məmmədzadə Günay Türkiyənin Antalya şəhərində uşaq, yeniyetmə və gənclər arasında 6 yaş qrupu üzrə keçirilən dünya birinciliyində 8-10 yaşlılar arasında dünya çempionu adına layiq görülüb.
Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Qədimli Abdulla iyun ayında Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşadək şahmatçılar arasında Avropa birincisi olub, Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova Fransanın Nitsa şəhərində qadınlar arasında keçirilən beynəlxalq turnirdə I yerə çıxıb.
"Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Cəlilov Cəlil Macarıstanda keçirilən cüdo üzrə yeniyetmələrin dünya birinciliyində II, Sloveniyada keçirilən yeniyetmələrin Avropa birinciliyində II və Finlandiyada keçirilən yeniyetmələrin Olimpiya həftəsində I yeri tutaraq qızıl medal qazanıb. Həmin məktəbin digər yetirməsi Fəqan Eminoğlu isə Ermənistanda gənclər arasında keçirilən cüdo üzrə Avropa birinciliyində II yeri tutub.
Bakı şəhər 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Baxşəliyev Ələkbər Türkiyənin Anapa şəhərində keçirilən boks idman növü üzrə keçirilən məktəblilərin Avropa birinciliyində I yeri tutub.
Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Müşkiyev İlqar cüdo üzrə 55 kiloqram çəki dərəcəsində Türkiyədə kişilər arasında keçirilən beynəlxalq turnirdə III, Polşada keçirilən “A” kateqoriyalı beynəlxalq turnirdə I, Ermənistanda gənclər arasında keçirilən Avropa çempionatında II və Fransada keçirilən dünya çempionatında II yeri tutmağa nail olub.


8 il əvvəl